Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
"QARABAĞ MÜNAQİŞƏSİ AVROPADA ƏN TƏHLÜKƏLİ MÜNAQİŞƏLƏRDƏN BİRİDİR."

0


  • ATƏT sədri Didye Burkhalter ABŞ-ın
    münaqişələrin həllində daha yaxından iştirakını zəruri sayır



    "Dağlıq Qarabağ münaqişəsi Avropada ən təhlükəli münaqişələrdən biridir"; Bunu İsveçrə xarici siyasət idarəsinin rəhbəri D.Burkhalter Vaşinqtonda Helsinki Komissiyasındakı çıxışı zamanı deyib.

    D.Burkhalter bildirib ki, bu
    ilin əvvəlində ATƏT-in
    fəaliyyətdə olan sədri kimi keçirdiyi ilk görüşlərdən biri ATƏT-in
    Minsk Qrupunun həmsədrləri ilə olub. O, beynəlxalq ictimaiyyətin münaqişənin həllində rolunu xüsusi qeyd edib: «Mən onu da qeyd etmək istərdim ki, həm Qarabağda, həm də Gürcüstanda ABŞ-in
    yüksək siyasi səviyyədə iştirakı bizim səylərimiz üçün faydalı olardı. Əminəm ki, həlli uzanan münaqişələrin dalana dirənməsini yalnız ABŞ kimi aparıcı beynəlxalq oyunçuların diqqəti və prosesə cəlb olunması ilə aradan qaldırmaq mümkündür».




    D.Burkhalter amerikalı həmsədr Geyms Uorlikin fəaliyyətini yüksək qiymətləndırib.

    Fəaliyyətdə olan sədrin sözlərinə görə, adi silahlar üzərində nəzarət, təhlükəsizliyin və
    etimadın artırılması tədbirləri ATƏT məkanında sabitlik və şəffaflığın möhkəmlənməsi istiqamətində birgə səylərdə əsas rol oynayır.

    Didye Burkhalter çıxışında həmçinin deyib ki, Cənubi Qafqaz bölgəsinə səfər edəcək. O, səfərin tarixini açıqlamayıb. D.Burkhalter bildirib ki, Cənubi Qafqaz regionu İsveçrənin ATƏT-ə
    sədrliyinin prioritet istiqamətlərindən biridir.


    Qeyd edək ki, ötən ilin sonlarında Cenevrədəki Humanitar Dialoq Mərkəzinin eksperti Anjelo Qnadinger ATƏT-in
    fəaliyyətdə olan sədrinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi təyin olunub.
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi10 il öncə
    İzlənib25 dəfə
    "QARABAĞ MÜNAQİŞƏSİ AVROPADA ƏN TƏHLÜKƏLİ MÜNAQİŞƏLƏRDƏN BİRİDİR."

    Maraqlı gələ bilər
    37